“Eurovision -2011”da ifa edəcək iştirakçının seçilməsi üçün milli seçimlərin yarımfinal mərhələsinin II həftəsinin iştirakçıları bəllidir
"Eurovision -2011" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçimlərin yarımfinal mərhələsinin ikinci həftəsində 11 namizəd mübarizə aparacaq. SİA-nın məlumatına görə, noyabrın 22-dən etibarən İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) canlı efirində beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək arzusunda olan 11 iştirakçı öz istedadını nümayiş etdirəcək.
Gələn həftənin bazar ertəsindən etibarən "East Groove" qrupu, Fizzə Nadirova, Sitarə Nəsirova, Emin Həsən, Nəzrin Zərbəliyeva, Ülvi Rəşidov, Günay Ələkbərova, Yeganə Ağayeva, Şölə Səfərəliyeva, Ülviyyə Talışinskaya, Nurlan Növrəsli münsiflər heyəti və tamaşaçılar qarşısında çıxış edəcək. Noyabrın 26-da isə 11 namizəd arasından ən çox səs toplayanı finala vəsiqə qazanacaq 7 nəfərdən 2-si olacaq.
Məlumat üçün bildirək ki, dünən keçirilən yarımfinal mərhələsinin I həftəsində Çingiz Mustafayev finala vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB