Xatirə: "Bəziləri var ki, ağzından siqaret, dilindən söyüş düşmür" VİDEO

Xatirə: "Bəziləri var ki, ağzından siqaret, dilindən söyüş düşmür" VİDEO

Müğənni Xatirə İslam verilişlərin birində “Azərbaycanda müğənni var ki, hamı onun ətəyində namaz qılmaq kimi imic yaradıb. Amma onun ağzından siqaret, dilindən söyüş düşmür. Təqdimatı belə gedib. İnsanda bəxt yaxşı yaxşı şeydir” sözlərini demişdi. SİA-nın məlumatına görə, onun bu sözləri sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

Xatirə elə sosial şəbəkədə açıqlama verərək tənqidlərə münasibət bildirib: "Dünəndən hara baxıram özümü görürəm. Mənə maraqlı deyil kim nə edir. Sözünü çəkinmədən, heç kəsdən qorxmadan deyən sənətçilərdənəm. Dünənki sözüm yerinə düşdü və mən də buna münasibətimi bildirdim. Bu da mənim subyektiv fikrimdir. Heç kəs inciməsin. Əslində üzdə başqa cür olub, özünü xalqa başqa cür təqdim edənlərə fikir bildirmişəm. Bu da əslində bir siyasətdir. Sözlərim kimə aiddirsə, özünə götürsün. Ya görsəndiyin kimi ol, ya da olduğun kimi görsən”.

Bütün xəbərlər Facebook səhifəmizdə