Xəbər verdiyimiz kimi, əməkdar artist Elza Seyidcahan verilişlərin birində müğənni Damlanın şəklini cıraraq, ünvanına xoşagəlməz sözlər deyib. SİA-ya qarşı tərəflə əlaqə saxlayaraq, məsələ ilə bağlı münasibət öyrənmək istədi. Damla əməkdaşımıza bunları dedi: "Əməkdar artist Elza Seyidcanın mənim haqqımda dediyi sözlərdən bir gün öncə xəbərim oldu. Sözügedən sənətçiyə hörmətim var. Çox gözəl bəstəkar və müğənnidir. Lakin mənim haqqımda dediyi sözləri ona yaraşdırmadım. Allah ondan razı olsun. Mənim tərbiyəm yol vermir ki, Elza xanım barədə mənfi sözlər deyim".
Qeyd edək ki, E.Seyidcahan verilişlərin birində Damlanın şəklini cıraraq haqqında bu sözləri demişdi: “Adı Məsumədir. Mənim nə nəslim, nə pişiyim, nə də itim ona qulaq asa bilməz. Bir insan ki, adından utanır. O, atasına görə niyə ağlayır? Adını edib Damla, yox bir damcı. Elə damcıdır da. Bu gün var, sabah yoxdur. Birazdan adını dalğa qoyar. Olar “Dalğa”. İnsanda neçə sifət var ki, efiri bəzətdirib tək oturasan: Nisə Qasımovasan, Brilliant Dadaşovasan? Onunla ötən gün eyni verilişdə oldum. Mənə dedilər ki, yetim qızdır, qoyun otursun. Bu yaxınlarda gördüm ki, yetim deyilmiş, atası var imiş”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB