Toliklə Elza arasında dava QALMAQAL

Toliklə Elza arasında dava QALMAQAL

Əməkdar artist Elza Seyidcahanla prodüser-aparıcı Tarix Əliyev (Tolik) arasında qalmaqal yaşanıb. SİA-nın məlumatına görə, müğənninin verilişlərin birində Damlanın fotosunu cırması və onun mahnısına qulaq asmadığını deməsinə Tolik sərt cavab verib.

Prodüser Seyidcahanı idarə etdiyi proqrama çağırdığını, amma qarşı tərəfin imtina etdiyini söyləyib: “Bizim verilişə gəlmək istəmədi. Dünən zəng edəndə birinci razılaşdı. Sonra dedi ki, efirdə əsəbiləşirəm, ailəm narahat olur. Amma başqa bir kanalda məni müzakirə edib. Mənim şou-biznes haqda söz bazam var. Üzeyir Hacıbəyov ölüb, amma onun musiqiləri yaşayacaq. Siz bu gün bütün gənclərin başına Üzeyir Hacıbəyovun mahnılarını vuracaqsız? Bəlkə, siz heç himnimizi bilmirsiniz. Bura gəlməməməyi bəhanə edib, başqa kanallarda məni müzakirəyə qoymayın. Başqa kanallara gedib Damlaya qadağa qoydurmağa çalışırsınız. Sonra da evinizə çağırıb ona mahnı vermək istəməyiniz nə qədər düzdür? Bu gün onun arxasınca bir ordunun getməsi mənim yox, sizin günahınızdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə