Günel Məhərrəmova ailə həyatı qurdu- FOTO

"Azəri Star" mahnı müsabiqəsinin qalibi, 25 yaşlı müğənni Günel Məhərrəmova ailə həyatı qurdu. SİA-nın məlumatına görə, bəy Günelin uzaq qohumu, 27 yaşlı İlkindir. Cütlük toydan əvvəl aralarında kəbin kəsdiriblər. Bəy-gəlin toy salonuna daxil olanda öncə "Nikah haqqında Şəhadətnamə"ni qəbul edərək, evlilik sənədlərini imzaladılar.
Daha sonra müğənni Rüfət Axundovun ifasında lirik mahnı səsləndi. Müğənni aparıcısı olduğu toy bir çox məqamlarla maraq doğururdu. Belə ki, müğənni Kərim səhnəyə çağırılaraq, əvvəl Güneli təbrik etdi, sonra isə keçmişdə aralarında "Əjdər əmi" mahnısına görə yaranmış mübahisəyə toxundu. Kərim bildirdi ki, hər şey keçmişdə qalıb və hazırda o, öz toyuna hazırlaşır. Kərim həmişə olduğu kimi, ifasından və şıdırğı rəqsindən əskik olmadı. Üstəlik Kərim keçmiş həyat yoldaşı Təranəni salonda görüb, ona yaxın məsafədə olan müğənni Emil Bədəlovla rəqs edirdi.

Bundan əlavə, müğənni Emil Bədəlovun nağara və zərb barabanında ifası, meyxanaçılar Ağamirzə və Elşən Xəzərin səhnəyə dəvət olunmalarına rəğmən sözün aktrisa-müğənni Məleykə Əsədovaya verilməsi, habelə Səidə Sultan və Kərimin birgə ifaları və rəqqasə Fatimənin "Mirzeyi" xalq rəqsinin sədaları altında süfrəmizin şahı hesab olunan plovu gətirib, hind rəqsi ilə tamamlaması toyun təəccüblü və yaddaqalan məqamlarından idi.

Bütün xəbərlər Facebook səhifəmizdə