Kərim onu təhqir edən izləyicisini biabır etdi FOTO

Kərim onu təhqir edən izləyicisini biabır etdi FOTO

Müğənni Kərim Abbasov sosial şəbəkədə onu təhqir edən izləyicisini taparaq, polisə şikayət etməkdə hədələyib. SİA-nın məlumatına görə, sənətçi izləyicinin fotosunu "İnstagram" səhifəsində paylaşaraq dostlarının köməkliyi ilə onu tapdığını bildirib: “Dostlar, bu insanı tapmaqda mənə kömək etdiyiniz üçün sizə sonsuz minnətdaram. Bu insanın özündən və dostlarından tutmuş anası ve bacısına kimi hamısı zəng edib üzr istədi. Amma anasının göz yaşları məni məhv etdi. Əgər "kişi" dediyin insan bir işi görürsə, dalında durmalıdır və deməməlidir ki, mənim telefonumdan kimsə yazıb və ya kodu oğurlanıb. Mahir, sən bu respublikada elə önəmli bir adam deyilsən ki, sənin "İnstagram" profilini hakerlər qırsın. Uşaq başı aldatmaq kimi danışmaq lazımsızdır.

Azərbaycan polislərinə sonsuz təşəkkür edirəm. Amma məhkəməyə vermirəm. Bilirsiniz niyə? Mahir, birinci qurban ol, Ramazan ayına, günaha batmaq istəmirəm. İkinci də ananın göz yaşlarına. Bir qadın ağlayanda mən ondan qabaq ağlayıram, dözə bilmirəm. Heç kim heç kimi təhqir edə bilməz. Azərbaycan Respublikasının öz qanunları var. Qanun hər kəs üçün qanundur. Hər kəs həddini bilsə, əla olar”.

Bütün xəbərlər Facebook səhifəmizdə