Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili münasibətilə “Crystal hall”da konsert keçirilib. SİA-nın məlumatına görə, gecədə bir çox məşhurlar iştirak edib. Onlar səhnəyə çıxaraq, mahnılarını səsləndiriblər. İfaçılar arasında xalq artistləri Aygün Kazımova və Zülfiyyə Xanbabayeva da yer alıblar.
İki küsülü müğənninin gecədə yan-yana çəkdirdiyi fotosu sosial şəbəkədə yayılıb. Aygünlə Zülfiyyənin səmimi görüntüsü diqqətdən qaçmayıb.
Qeyd edək ki, A.Kazımova ilə Z.Xanbabayeva uzun illərdir küsülüdürlər. Bir müddət əvvəl müğənnilər Heydər Əliyev Sarayında baş tutan Ajda Pekkan konsertində görüntülənmişdilər. Amma hər iki tərəf barışmadığını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB