Fəxri adlara layiq görülən məşhurlar: "Çox sevincliyik" FOTOLAR

Fəxri adlara layiq görülən məşhurlar: "Çox sevincliyik" FOTOLAR

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Prezidentin imzaladığı sərəncama əsasən bir çox sənətkar və tanınmış incəsənət xadimləri müxtəlif fəxri adlara layiq görülüblər.

SİA bir neçə tanınmış simalar təssürratlarını bölüşüblər.

Murad Dadaşov: "Hər zaman sənət adamlarına göstərdiyi qayğı və diqqətə görə Prezindent İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bu ada layiq ola bilmək üçün mən bundan sonra qarşıma daha böyük məqsədlər qoyacağam. Ərsəyə gətirdiyim bütün layihə və işlərdə Azərbaycanın adını daha da yüksəklərə qaldırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

Eyyub Yaqubov: "Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə "Xalq artisti" fəxri adına layiq görüldüm. Buna görə Ölkə Başçısına təşəkkürümü bildirirəm".

Aygün Səmədzadə: "Vətənimi, dövlətimi sevirəm. Torpagımın ətri gələndə kövrəlirəm. Azərbaycandan uzun müddət ayrı qala bilmirəm. Ölkəmə sevgim bir başqadır. Mahnılarla bitməz. "Xalq artisti" fəxri adına layiq görüldüyüm üçün çox sevinirəm. Bu gün mənim kimi ad qazanan bütün layiqli sənət dostlarımı təbrik edirəm. Bu ada layiq gördüyü üçün Prezident İlham Əliyevə təşəkkür edirəm. Ölkə Başçımızın Azərbaycanın qələbələrinə, inkişafına aparan bütün addımları uğurlu olsun".

Əlixan Səmədov: "Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının “Xalq artisti” adına layiq görüldüm. Çox sevincliyəm. Cənab Prezindentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.

Miri Yusif: "Cənab Prezident İlham Əliyev məni “Əməkdar artist” fəxri adına layiq gördüyü üçün təşəkkür edirəm. Sevincimin həddi-hüdudu yoxdur".

Könül Kərimova: "Prezident İlham Əliyev tərəfindən “Əməkdar artist” fəxri adına layiq görüldüyüm üçün çox sevincliyəm. Məni bu ada layiq gördüyü üçün Ölkə başçımıza minnətdarlığımı bildiriəm. Məni bu münasibətlə təbrik edən hər kəsə də təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə