Sözləri millət vəkili Rafael Hüseynov, musiqisi xalq artisti Faiq Sücəddinova aid olan "Mənim bayrağım" adlı mahnıya çəkilən klip təqdim edilib. SİA-nın məlumatına görə, ekran işində ADMİU-nin estrada kafedrasının baş müəllimi Gülnarə Allahverdiyeva və tələbələri Zülfü Əsədzadə, Cəlal Məlik, Bəhruz Kərimli, Şahin İmaməliyev, Məhəmməd Allahverdiyev, Azərbaycan Milli Konservatoriyasının tələbə xoru, AMK-nın tərkibində İncəsənət Gimnaziyasının şagird xoru, Xorun rəhbəri Təranə Yusifova iştirak ediblər.
Eyni zamanda nəfəsli alətlərdə universitetin xalq çalğı alətləri kafedrasının müəllimi Pərviz Əlikramoglu, tar alətində Şəhriyar İmanov, 3 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzi “Azəri inciləri” rəqs qrupu və "Çiçəyim" uşaq teatrı,”Rövşən“ ritm qrupu, Alpaqut idman federasiyasının tələbələri, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri, Heyder Əliyev adına Ali hərbi məktəbinin orkestrinın çıxışı yer alıb.
Mahnının aranjimanı Azad Vəliyevə aiddir. Klipdə geyimlər üzərində ADMİU-nin rəssamlıq fakültəsinin baş müəllimi, dosent Nəzakət Əhmədova çalışıb. Ekran işinin rejissorluğu Çingiz Xankişiyevə, operator işi ADMİU-nin tələbəsi Azər Həsənova, montajı Elşən Bağırova məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB