ŞOK. Ledi Qaqa ölümcül xəstəliyə yoluxub

ŞOK. Ledi Qaqa ölümcül xəstəliyə yoluxub
Dünyaca məşhur müğənni, 24 yaşlı Ledi Qaqa da dəhşətli və yoluxucu xəstəliyə tutulub. SİA xarici mətbuata istinadən xəbər verir ki, həkimlər müğənnini müayinə zamanı onda ölümcül xəstəliyin simptomlarını aşkarlayıblar. Gənc ulduza irsi yolla ötürülən ciddi autoimmun mərəzi olan Libman-Saks xəstəliyi (system lupus erythematosis) tapılıb.

Qeyd edək ki, səhhətindən şikayətlənən Qaqa əvvəllər həkimə müraciət etməkdən imtina etmişdi. Lakin ağrıları günü-gündən artan müğənni son vaxtlar başağrıları və ürəkgetmələrdən şikayətlənir, tez yorulduğunu deyirdi. Onun tənəffüslə bağlı problemləri də var. Müğənninin dediyinə görə, konsertlər zamanı onun havası çatışmır və o, tez-tez fasilələr verməyə məcbur olurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə