Təranə Mahmudova yeni aranjemanda "Gözəlim sənsən" xalq mahnısını təqdim edib. SİA-nın məlumatına görə, ifaçı bu bəstəni Beynəlxalq ailə gününə həsr edib. Mahnının aranjemanı Elbəy Məmmədzadəyə, rejissor Kəmran Bünyatovun, montajı Asif Mirzəzadənindir.
Təranə Mahmudova qeyd edib ki, Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub: "Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs sayılıb. Ailənin əsas sütunlarından biri olan Azərbaycan qadını bu gün özü də ölkəmizdə əmin-amanlığın qorunması, ailə dəyərlərinin yaşadılması naminə əzmkarlıq göstərir. Dövlətimiz cəmiyyətin əsas atributu olan ailənin rifah halının gündən-günə daha da artmasının qayğısına qalmaqla onun müqəddəsliyini bir daha təsdiq edir".
Qeyd edək ki, 15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB