Türkiyənin iki sənətçisi paytaxtımızın qonağı olacaq

Türkiyənin iki sənətçisi paytaxtımızın qonağı olacaq

Türkiyənin iki məşhur müğənnisi Koray Avcı və Edis Bakıya gələcək. SİA-nın məlumatına görə, sənətçilər paytaxtımızda konsert proqramı ilə çıxış edəcəklər. Gecənin təşkilatçısı Nahid Emiloğludur.

O bildirib ki, konsert iyunun sonunda, Ramazan bayramı ərəfəsində keçiriləcək. Koray və Edis şəhərdəki əyləncə mərkəzlərindən birində çıxış edəcəklər.

N.Emiloğlu onların səhnəni yerli müğənnilərlə bölüşəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə