Murad: "Torbamı pambıqla tikdilər"

Murad: "Torbamı pambıqla tikdilər"

Müğənni-bəstəkar Murad Arif özünü "Eurovision" mütəxəssisi adlandırıb. SİA-nın məlumatına görə, o, bu haqda sosial şəbəkədə yazıb: "İsrailin mahnısı martın 12-si "Youtuba" yüklənildi. Klipə baxan kimi birinci olacağını yazmışam. Digər mahnıları dinləməmişdim. Sizcə, 1 adam hər il qalibi düzgün tapırsa, buna nə ad vermək olar?Çoxu gözəl bilir ki, Azərbaycanda 1 nömrəli "Eurovision" mütəxəssisi Murad Arifdir. Amma mənim İTV-də "Eurovision" tok-şoularında iştirakımı əngəlləyirlər. Bu adamlarda qorxunun səbəbi nədir? Halbuki, bu müsabiqənin ilk şərhçisi, ilk verilişlərini hazırlayanı, işlətdiyiniz "Avroviziya" kəliməsinin müəllifi də mənəm. Zamanında o layihədən torbamı pambıqla tikdilər. Nə isə... Mütəxəssislər, işi, janrı, təhlili bilən adamlar heç kəsə lazım deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə