Müğənni Nadir Qafarzadə verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, sənətçi proqramda rəqs edərkən yıxılıb. Verilişin aparıcıları Elgiz Əkbər, Əli Mirəliyev və qonaq Xatirə İslam Nadirə gözə gəldiyini deyiblər.
Qafarzadə efirdəki qalmaqallı açıqlaması ilə də diqqət çəkib. O, Əli Mirəliyevi müdafiə etmək məqsədi ilə gənc müğənnilərə sərt ismarıc verib: “Əli Mirəliyevi lağa qoyan müğənnilər, gedin qanqalınızı otlayın, adam olanda gələrsiniz. Mən qıcıqlanıram. Şəxsən yolda görsəm, tutub səni boğub öldürərəm. Ağsaqqal kişidir, utanmırsınızmı onun üzünə ağ olursunuz?! Ölüb-yerə girmirsən?! Əli Mirəliyevi görəndə qorxuram ki, addımımda səhv tutar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB