Xatirə İslam "X brothers" yaradır-FOTO

Xatirə İslam "X brothers" yaradır-FOTO
Populyar müğənni Xatirə İslam "qonşudan qalma geri" prinsipini əlində rəhbər tutaraq adından yararlanmaq niyyətindədir. Təşkil olunan məclislərin birində o, prodüser, "N brothers" qrupunun yaradıcısı Namiq Qafarovla çox ciddi şəkildə hansısa müzakirələr aparıb. Masa arxasında əyləşən dostlar çox keçməyib ki, müsbət sonluqla bitən razılıq əldə ediblər və bunun şərəfinə tost deyilib, badələr qaldırılıb. Masada əyləşən, amma adının açıqlanmasını istəməyən şəxsin SİA-ya verdiyi məlumata görə, Namiq Xatirənin istəyi ilə onun üçün qrup yaratmaq niyyətindədir. Özü də istedadlı dörd oğlandan ibarət. Maraqlı məqam isə odur ki, nə səbəbdən müğənni qızları yox, oğlanları öz adının baş hərfi altında bir yerə cəm etmək istəyir? Suallarımıza cavab almaqdan ötrü, hər ikisi ilə məclis boyu ünsiyyət yaratmağa çalışsaq da onlar istirahət etdiklərini bəhanə edib, yaranma ehtimalı böyük olan "X brothers" haqda danışmaq istəmədilər. Görəsən niyə?

Bütün xəbərlər Facebook səhifəmizdə