Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Mükafat alan incəsənət xadimləri SİA-ya təəssüratlarını bölüşüblər.
Onları təqdim edirik:
Əməkdar artist Naibə Allahverdiyeva: “Cənab Prezident İlham Əliyev tərəfindən mükafatlandırılmaq biz mədəniyyət və incəsənət adamları üçün böyük fəxrdir. Mən də mükafat aldığım üçün çox sevincliyəm. Sənət adamlarının zəhmətini dəyərləndirəndə onlar daha da ruhlanır. Onu da qeyd edim ki, bir müddət öncə səhhətimdə ciddi problemlər var idi. Bu xəbəri eşidəndə bütün həyatım dəyişildi. Elə bil dünyanı mənə bəxş etdilər. Bütün problemlərimi unutdum.
Xüsusi ilə qeyd edim ki, Ulu Öndər Heydər Əliyevin dövründən Azərbaycan mədəniyyətinə böyük diqqət var. Onun yolunu layiqli davamçısı Cənab Prezident İlham Əliyev davam etdirir.
Məni mükafatlandırdığı üçün Cənab Prezident İlham Əliyeva təşəkkür edirəm. Allah ona can sağlığı versin".

Əməkdar artist Rəhman Rəhmanov: “Ölkə Başçısı İlham Əliyev məni mükafatlandırdığı üçün çox sevincliyəm. Mən də aktyor olaraq, xalqıma layiqincə 45 ildir xidmət edirəm. Cənab Prezident İlham Əliyevə biz mədəniyyət və incəsənət adamalarını qiymətləndirdiyi üçün təşəkkür edirəm. Mükafat alanları da təbrik edirəm”.

Əməkdar artist Elşən Rüstəmov: “Cənab Prezident İlham Əliyev tərəfindən mükafatlandırılmaq mənim üçün sevindirici haldır. Çox xoş hisslər keçirdirəm. İncəsənət xadimlərinin mükafatalandırılması Prezident İlham Əliyevin onlara göstərdiyi qayğı və diqqətin nəticəsidir. Mükafat aldığım üçün Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB