Müğənni Rəqsanə verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, aparıcı Zaur Kamal ifaçıya “Damla deyir ki, Rəqsanə mənə Moskava toylarında qadağa qoydurub” sualını ünvanlayıb.
Rəqsanə isə Zaura belə cavab verib: "Moskva merinin adamıyam. Damlanın Rusiyaya girişinə mən qadağa qoydurmuşam. Belə, əcəb də etmişəm. Hələ üç-dörd nəfərə də qadağa qoyduracağam”.
Müğənnin qızı Aysun isə aranı sakitləşdirmək üçün anasının zarafat etdiyini söyləyib. Rəqsanənin həmin an çəkilən videosu sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, bundan əvvəl müğənni Xatun da Rəqsanənin ona Moskva toylarında qadağa qoydurduğunu söyləmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB