Liderin aparıcısı işdən qovuldu

Liderin aparıcısı işdən qovuldu

Lider kanalında yayımlanan “Yarasa” verilişində qeyri-etik sözləri, açıq-saçıq geyimləri ilə gündəmə gələn aktrisa-aparıcı Könül Yusifqızının proqramdan uzaqlaşdırıldığı deyilir. SİA-nın məlumatına görə, veriliş hər dəfə sosial şəbəkədə tənqid olunurdu. Bu gün isə proqramın bağlanması haqda xəbər yayılıb.

Kanaldan verilənə məlumata görə, “Yarasa” bağlanmayıb, sadəcə aparıcısı dəyişib. Belə ki, K.Yusifqızı proqramdan uzaqlaşdırılıb.

Həftədə üç gün yayımlanan veriliş bundan sonra yalnız həftədə bir dəfə efirdə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə