"Eurovision 2018" mahnı müsabiqəsinin açılışı olub FOTOLAR

"Eurovision 2018" mahnı müsabiqəsinin açılışı olub FOTOLAR

Portuqaliyanın paytaxtı Lissabonda "Eurovision 2018" mahnı müsabiqəsinin açılışı olub. SİA-nın məlumatına görə, 43 ölkənin təmsilçiləri qlamur geyimləri ilə mavi xalça üzərindən keçiblər.

Mərasim İncəsənət, Memarlıq və Texnologiya Muzeyində baş tutub. Müsabiqə iştirakçıları xalça üzərində media nümayəndələrinin suallarını cavablandırıb, fotolar çəkdiriblər.

Qeyd edək ki, ölkəmizi müsabiqədə Aysel Məmmədova “I cross my heart” mahnısı ilə təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə