Əməkdar artist Röya Ayxan Bakı Konqres Mərkəzində “Doldur ürəyimi” adlı solo konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, müğənninin Mərkəzin 3300 nəfərlik tamaşaçı tutumu olan zalındakı konserti anşlaqla yadda qalıb.
Pop ulduz ilk olaraq elə konsertin adını daşıyan “Doldur ürəyimi” mahnısını səsləndirib.
Əməkdar artist Rəşad Haşımovun rəhbərlik etdiyi ansamblla səhnədə canlı performans sərgiləyib.
Konsert başa çatdıqdan sonra ifaçı media nümayəndələrinin suallarını cavablandırıb: “Bu məkanda çıxış edən ilk müğənni olduğum üçün çox şadam. Əslində biz avqust ayı üçün başqa bir şou hazırlamışdıq. Amma Bakı Konqres Mərkəzində konsert verməli oldum. Dekabr ayında isə daha möhtəşəm şou proqramla qarşınızda olacağam”.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB