Müğənni Ülvi Qılınc: “Səhnədən uzaqlaşmağımın səbəbkarı da İlhamə Quliyevadır” - AÇIQLAMA

Müğənni Ülvi Qılınc: “Səhnədən uzaqlaşmağımın səbəbkarı da İlhamə Quliyevadır” - AÇIQLAMA
Populyar opera və estrada müğənnisi Ülvi Qılınc, şou-biznesdən uzaq düşməsinin səbəblərindən danışdı. SİA-ya açıqlamasında, müvəqqəti qadağanın ona Türk dünyasının sənət kralıçası İlhamə Quliyeva tərəfindən qoyulduğunu söylədi: "Sənətə gəldiyim gündən İlhamə xanımdan ən böyük dəstəyi almışam, bu gün də onun qayğısını öz üzərində hiss edirəm. Bəli, razılaşıram ki, indi məyyən mənada gündəmdən uzaq düşmüşəm. Səhnədən uzaqlaşmağımın səbəbkarı da İlhamə Quliyevadır. O, mənə yeni repertuar seçimində çox köməklik edir. İlhamə xanımın məsləhətidir ki, heç bir gənc müğənniyə imkan yaratmayım ki, kimlərsə adımı hansısa mənasız qalmaqallarda hallandırsın. Öz yolumla gedirəm və pərəstişkarlarıma yeni mahnılar təqdim etməkdən ötrü durmadan çalışıram".

Məlumunuz olsun ki, "Popstar" müsabiqəsinin final gecəsinə məhz İlhamə xanımın istəyi qatılan Ülvi canlı yayımdaca xalq artistindən bir daha dəstək aldı. Ü.Qılıncın parlaq karyeraya sahib olduğunu dilə gətirən İlhamə xanım etibarlı tələbələrinindən biri olduğu üçün onunla fəxr etdiyini də gizlətmədi.

Bütün xəbərlər Facebook səhifəmizdə