Xəbər verdiyimiz kimi, “De sən öl” filminin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, ekran işində rol alan aktyor Cavidan Novruz gecəyə ailəsi ilə birgə qatılıb. Tədbirə Cavidin atası, xalq artisti Ramiz Novruz, anası və vizajist bacısı Şəfəq gəlib.
Şəfəq gecədən olan fotoları "İnstagram" səhifəsində paylaşaraq, bu sözləri yazıb: "Qardaşım, atamın adını daim yaşadacağın üçün səni çox istəyirəm. Çəkildiyin “De sən öl” filmi izlədim. Mənə ekran işi bütün yorğunluğumu unutdurdu və ən əsası çox güldüm. Filmdə əziyyət çəkən bütün komandanı təbrik edirəm və uğurlar arzu edirəm".



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB