Müğənni Nazənin Orxan yaradıcılığında yenilik edib. SİA-nın məlumatına görə, ifaçı sözləri Vüsal İbrahimov, musiqisi Ruslan Səfəroğluna məxsus “Havalı başım” adlı bəstəni oxuyub: “Bu bəstəni bir neçə ay öncə mənə təqdim etdilər. Mahnıya qulaq asandan sonra dərhal lentə aldırdım. 3 aydan sonra bəstə işıq üzü gördü. Mahnının 2 adı var “Havalı başım” və “Bu dünya boşdur . Düşünürəm ki, yeni bəstəm dinləyicilər tərəfindən bəyəniləcək".
Qeyd edək ki, Nazənin oğlunun adını özünə soyad götürüb. Artıq o, bundan sonra verilişlərdə "Nazənin Orxan" adı altında təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB