Müğənni Nadir Qafarzadənin ailə qurmasının 25 ili tamam olur. SİA-nın məlumatına görə, ifaçı bununla bağlı olaraq, xanımı Sevinclə şəklini "İnstagram" səhifəsində paylaşaraq bu sözləri yazıb: “Artıq evliliyimizdən 25 il keçdi. Allah bütün ailələri uzunömürlü və xoşbəxt eləsin. Deyirlər: "Sənətimə görə ailəmi qurban verdim", mən isə ailəmi üstün tutaraq, uğur qazandım. Bu yolda ömür-gün yoldaşım mənə arxa, dayaq oldu. Allah bizi ayırmasın. Amin, inşallah! 1993-cü il 2 may. Çox xoşbəxtəm ki, cəmiyyətə yararlı 2 övlad böyütdük. Bu, bizim uğurumuzdur".
Qeyd edək ki, cütlüyün 2 oğlu var.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB