Müğənnilər jurnalisti tənqid atəşinə tutdular -FOTO

Müğənnilər jurnalisti tənqid atəşinə tutdular -FOTO
Bu dəfə ənənədən fərqli olaraq sənətçilər jurnalistin mətbuat konfransında iştirak ediblər. SİA-nın məlumatına görə, xalq artisti Flora Kərimova, müğənnilər Nadir Qafarzadə, Xatirə İslam, Sevda Yahyayeva, Səidə Sultan, Natəvan Həbibi, Elnur, Kərim, Ramal, Aslan, rəqqasə Oksana, Elşad Xose və digər müğənnilər jurnalist Cavanşir Babəlioğlunun mahnılarından ibarət albomun təqdimatına toplaşıblar. Tədbirdə səbəbkarın yaxın dostu Xuraman Şuşalı isə görünmədi. Baxmayaraq ki, Xuraman da Cavanşirin bəstəsini oxuyub.

Mərasimdə bir çox maraqlı məqamlar yaşandı. Belə ki, müğənnilər bu dəfə jurnalisti özləri tənqid atəşinə tutdular. Hər zaman təqdimat mərasimlərində müğənnilərə kəskin suallar verən Cavanşir bu dəfə özü o suallara cavab verməli oldu.

Mərasimdə iştirak edən müğənnilərdən Xatirə İslam isə Cavanşirin yazdığı mahnıların birinə pulsuz klip belə çəkməyi təklif etdi. Təklifdən məmnun qalan yeni bəstəkar deyəsən, bu yaxınlarda klip çəkdirəcək.

Qeyd edək ki, albomda Cavanşir özünü söz və mahnı müəllifi, eləcə də bəstəkar kimi də sınayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə