Meyxanaçı Namiq Qaraçuxurlu verilişlərin birində xalq artisti Aygün Kazımova haqqında ilginc açıqlama verib. SİA-nın məlumatına görə, ifaçı bildirib ki, Kazımova ilə duet oxuyaraq onu depressiyadan çıxarıb: “Aygün Kazımova ilə bir-birimizə böyük dəstəyimiz olub. Ondan səhnəyə yanaşmağı, bir çox şeyləri öyrəndim. Amma bir çox məqamları da ona öyrətdim. Aygünlə duetə oxumağa başlayanda mən artıq stadionları doldururdum. Tamaşaçılarım saraylara yerləşmirdi, stadionlarda çıxış edirdim. İranda, Moskvada konsertlərim olurdu. Ən parlaq vaxtım idi. A.Kazımova ilə də duet oxuduqdan sonra bir mərhələ də qabağa getdim. Sənətimdə yeni üslub yarandı. Şəfa stadionunda konsert verəndə bir media nümayəndəsi yox idi. Başa düşmürdüm ki, bunu işıqlandırmaq lazımdır. Duet ortağımdan prodüserlə işləməyi öyrəndim.
Bəzən deyirlər, səni filankəs qaldırdı. Yanlışdır. Mən Aygünlə duet oxumazdan əvvəl o, depressiyada idi. Onunla duet oxudum və depressiyadan çıxardım. Həmin ərəfədə adıçəkilən sənətçinin Hüseyin Dərya ilə duet oxumaq fikri var idi. Amma bir neçə dəfə görüş təyin etsələr də, Dərya gəlməmişdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB