Bəhram Bağırzadə: "Danışıq tərzinizə fikir verin" XƏBƏRDARLIQ

Bəhram Bağırzadə: "Danışıq tərzinizə fikir verin" XƏBƏRDARLIQ

Əməkdar artist Bəhram Bağırzadə əsəbiləşib. SİA-nın məlumatına görə, aktyor "İnstagram" səhifəsində bəzilərinə ismarıc göndərib: "Mənə çox xoşdur ki, siz mənim video roliklərimə baxırsınız. Mən onları böyük məmnuniyyətlə çəkirəm ki, sizin səhəriniz təbəssümlə və yaxşı əhval-ruhiyyə ilə başlasın. Lakin bu gün mən kobud şərhlər haqqında yazmaq istərdim. Dostum, yoldaşım və ya yad şəxs olmasından asılı olmayaraq, danışıq tərzinizə fikir verin və artıq sözlər işlətməyin. Əgər o adam mənim evimə gəlibsə, maşınıma əyləşibsə və ya mənim səhifəmdə görsənirsə, deməli o mənim qonağımdır. Azərbaycanda isə qonaq müqəddəsdir. Məgər, mən bizə ana südü ilə ötürülmüş bu həqiqətləri kiminsə yadına salmalıyam? Əgər sizin nəsə xoşunuzə gəlmirsə "off" düyməsini basin. Bu ki çox asandır! Ən azından simanızı saxlayarsınız və heç kim sizin qaranlıq xasiyyətinizdən pis tərbiyənizdən xəbəri olmaz. Kim mənimlə razı deyilsə, onu amansızcasına siləcəm. Ona görə də, inciməyin. Mənim evim və mənim qaydalarım! Mənim ərazimdə belə olub, belədir və belə də olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə