Elariz Röyaya görə jurnalistləri tənqid etdi

Elariz Röyaya görə jurnalistləri tənqid etdi

Müğənni Elariz Məmmədoğlu jurnalistləri tənqid edib. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində danışıb: "Mən heç bir müsahibəmdə deməmişəm ki, “Türkiyədə nə Aygünü, nə də Röyanı tanıyırlar”. Yeni gələn media işçiləri başa düşmürlər ki, böhtan atmaq günahdır. Əgər səni indi buna görə cəzalandırmırlarsa, vaxtı gələndə Allah cəzalandıracaq. Mənə sual verdilər ki, “Azərbaycanlı müğənnilər Türkiyədə tanınır” dedim “yox”, heç kimin adını çəkmədim. Görkəmli sənətçilərlə müqayisə edərək, onlar kimi tanınmadıqlarını dedim”.

Röya xanım guya mənim dediyim sözlərə münasibət bildirib. Onu da qınamıram, xəbərləri oxuyur, deyir yəqin ki, demişəm. Uzun illərin dostları da bəzən “fitva”ya gedirlər. Media nümayəndələri heçnədən qalmaqal yaradırsa, deməli, şeytana qulluq edir. Röya xanımla uzun illərdir dostuq, sözləri atmaca deyil. Sadəcə gülərək “Allah səni güldürsün, bizi orda tanıyırlar” söyləyib. Elə bu mədəniyyəti də gözləyirdim”.

Qeyd edək ki, Röya Elarizin bu fikirlərinə "İnstagram" səhifəsində bu sözləri ilə cavab vermişdi: “Elariz, Allah səni güldürsün. Dua et ki, varıq, sənə verməyə sual tapmırlar və bizi soruşurlar. Türkiyədə mediada və sənətdə olan insanlar Aygünü də, Güneli də, məni də tanıyır. Nəysə, sən onu boş ver. De görüm nə var, nə yox?".

Bütün xəbərlər Facebook səhifəmizdə