İlkin Həsəni və xanımı üçün özəl gün

İlkin Həsəni və xanımı üçün özəl gün

"Bozbash Picturesin" aktyoru və aparıcı İlkin Həsəninin Aysel adlı xanımla evlənməsinin 1 ili tamam olur. SİA-nın məlumtına görə, bununla bağlı olaraq aparıcı sosial şəbəkələrdə həyat yoldaşı ilə evlilik fotosunu paylaşaraq, bu sözləri yazıb: "Gözümüzü yumduq, açdıq və budur. Bir il keçdi. Çox maraqlı, tramplinli, çəkişməli - bərkişməli, sevincli, sevgili bir il. Axtardığımız bütün suallara cavab tapdığımız bir il. Sevimli toxuma köynəyim düzgün dərəcədə yuyulmadığı üçün sıradan çıxdığı günlərindən başladıq, gəldik çıxdıq “Evə gələndə uşaq üçün sirop alarsan” dövrünə. İyirmi beş aprelimiz mübarək!"

Bütün xəbərlər Facebook səhifəmizdə