Tolik ilk dəfə Yusif Ağayevlə küsülü olduğunu etiraf etdi VİDEO
Prodüser-aparıcı Tarix Əliyev (Tolik) aparıcı Yusif Ağayevlə ilk dəfə küsülü olduğunu etiraf edib. SİA-nın məlumatına görə, o, bu haqda aparıcısı olduğu proqramda bildirib: "Özümə qadağalar qoymuşam. Çünki həftədə beş dəfə veriliş aparıram, məsuliyyətim var. Keçən dəfə başqa bir kanalda çalışan aparıcı Yusif Ağayev gözəl bir söz dedi. Baxmayaraq ki, mən onunla 7 ildir ki, danışmıram. Amma fikirləri ilə razılaşdım və sözünü dəstəklədim. O dedi ki, reytinq xatirinə əndazəni aşmaq olmaz. Düz deyir, efirdə dombalaq aş, başqasının xanımını alçalt, nə var reytinq qazanacaqsan. İnsanlar da belə şeylərdən bezir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB