Elnarə Xəlilova kişiləri ittiham etdi

Elnarə Xəlilova kişiləri ittiham etdi

Müğənni Elnarə Xəlilova kişiləri ittiham edib.

SİA-nın məlumatına görə, o, bu haqda sosial şəbəkədə yazıb: "Bəzi kişilər elə bilir ki, gün başlayanda salam vermək və bitəndə sağollaşmaq münasibətlərə kifayət edir. Əslində diqqət, qayğı göstərmək, sevildiyini bilmək xanım üçün çox önəmlidir. Sadəcə səmimi olun! Sizi heç kim heç nəyə məcbur etmir. Dürüst olun. Hiss etdiklərinizi deməyi bacarın. Vaxt öldürməyin. Xanımın içindəki xanımlığını öldürməyin. Əgər məsləhətdirsə, sahib çıxın. Deyilsə, yiyəsinə qismət. Adama boş yerə ümid verməyin... Sözü üzə deməyə cəsarətiniz çatsın!”.

Bütün xəbərlər Facebook səhifəmizdə