Elza Seyidcahanın gizli duaları və ekstrasens Zirəddin Rzayevin müsbət reaksiyası - FOTO
Təşkil olunan məclislərin birinə qatılan müğənni və bəstəkar, ekstravaqandlığı ilə həmkarlarından fərqlənən əməkdar artist Elza Seyidcahan diqqətimizdən yayına bilməzdi. SİA-nın məlumatına görə, əyninə yaraşdırdığı qara libası ilə göz qamaşdıran Elza masa arxasında əyləşdiyi andan xəyalda, sanki başqa aləmdə idi. Gerçəkilikləri düşünməyən təsiri bağışlayan müğənninin dodaqaltında dualar etdiyini şahidi olduq. Görəsən, Seydicahan nə haqda düşünürdü? Onu narahat edən hansı problemlərdir ki, şənlənməkdənsə, özünə qapılaraq gizlincə dualar etməyə vadar olmuşdu?
Çox keçmədi ki, fikirli-fikirli səhnəyə çıxdı və repertuarından əhvalına uyğun bir mahnını - "Həsrət nəğməsi"ni səsləndirdi. Çıxışını bitirdikdən sonra məkanı tərk etməyə qərar verən əməkdar artist qonşu masada əyləşən estrasens Zirəddin Rzayevi görüb ayaq saxladı. Dost bildiyi Zirəddinlə ayaqüstü söhbətləşən Elza deyəsən, artıq pozitivləşirdi. Əgər belə olmasaydı bizdən xahiş etməzdi ki, Rzayevlə xatirə üçün fotosunu çəkək.
Ümid etmək istərdik ki, daim çılğınlığı ilə seçilməyə müvəffəq olan müğənninin şəxsi həyatında hərşey öz axarı ilə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB