Amaliya Pənahova qalmaqallı fotosundan danışdı: "Məhkəməyə verəcəm"
Xalq artisti Amaliya Pənahova ötən gün müzakirələrə səbəb olan qalmaqallı fotosu ilə bağlı açıqlama verib. SİA-nın məlumatına görə, aktrisa verilişlərin birinə telefon zəngi edərək bunları deyib: “Dünən şəklimi çəkəndə mən gördüm ki, onlar qəsdən təhrifə yol verirlər. Çünki dünən başqa şəkil də çəkilmişdi və o foto mənim telefonumdadır. Mən onu göndərə bilərdim. Amma bunlar məxsusi o günə salırlar. İşığı düz eləmirlər. Əlini arxasına aparıb şəkil çəkdi. Belə şəkil necə alınmalıydı ki? Mən də camaatın arasında qalmaqal etmək istəmirəm. Bir əlacım qalıb ki, aidiyyatı orqanlara müraciət etməliyəm. Bunlar məni təkləyiblər”.
A.Pənahova aparıcının “Plastik əməliyyat etmisinizmi” sualına isə belə cavab verib: “Siz nə danışırsınız, canım? Mənim başım başqa şeyə qarışıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB