"Eurovision-2011"-ə namizəd Azad Şabanov: “Səsim və performansım bu dəfə məni birinci edəcək”
Gələn ilin mayında 56-cı dəfə keçiriləcək "Eurovison-2011" mahnı müsabiqəsində Azərbaycan adından çıxış edəcək iştirakçının təyin olunması ilə bağlı ilk mərhələnin keçirilməsi haqda məlumat vermişdik. Ötən il Milli seçimlərə qatılaraq yarımfinala qədər mübarizə aparmağa müvəffəq olmuş Azad Şabanov yenə də sözügedən müsabiqədə Azərbaycan adından çıxış etmək əzmindədir.
SİA-ya açıqlamasında Azad bildirib ki, oxuduğu hər üç mahnı İctimai Televiziyadakı münsiflər tərəfindən normal qarşılanıb: "Boyz II Men-qrupunun repertuarından "Relax your mind", dünya ulduzu Lemar-ın hit mahnısı hesab edilən "İf theres any justice" və "Bayatı Şiraz" muğamından bir parça keçidlə, mərhum korifey bəstəkarımız Ələkbər Tağıyevin yazmış olduğu "Külək" mahnılarını ifa etdim. Püşkatma nəticəsində mənim də adım 77 nəfər iştirakaçının sırasına yazıldı. Və tamaşaçılar qarşısında çıxışım nümayiş olunacaq 7-ci canlı konsertə təsadüf edəcək. Rəqiblərim çox olsa da, özümə güvənirəm. Ümidliyəm ki, səsim və performansım bu dəfə məni birinci edəcək. Və mən Almaniyada Azərbaycan adından çıxş edəcək müğənni olacağam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB