Xəbər verdiyimiz kimi, aparıcı Azər Zahid keçmiş həyat yoldaşı Vüsalə Əlizadə ilə birgə fotosunu sosial şəbəkədə paylaşıb. Vüsalə də qarşı tərəfin belə addım atmasını reklam adlandırıb.
Vüsalənin bu sözü cavabsız qalmayıb. Belə ki, Azər Əlizadənin bu fikrinə münasibət bildirib: "Dostlar, deməli belə! Bir neçə gün öncə bir şəkil paylaşdım, hansı ki, o şəkildən internetdə doludur. Keçmiş mənim üçün keçmişdir, basdırmışam! Nə isə, qısa yazacam. Çoxları yenə keçmiş həyatıma fırlatdı. İndi cavab verim! Yadınızda qalsın, keçmiş hər zaman keçmişdir. İnsan gərək unutmasın ki, keçmişdə kim və nə olub. Nəticədə isə sonu pis olur. Qısası, mənim üçün önəmli övladımdır. Məni onsuz da hər zaman aqressiv, özündən razı tanımısınız. Bəli, çünki efirdə o cür xarakter sərgiləyirəm. Bu xarakter, kişi xarakteridir. Nəyə görə bunu dedim. Çünki lazım olsa, çəkinmədən sözümü üzünə deyib rəzil edərəm həmin insanı, əgər günahı varsa. Yenə də hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Baxmayaraq ki, sarı tellərə toxunub, mələk qismində yazı yazıb auditoriya toplamıram. Necə varam, eləyəm. İstəyən izləyir, istəyən tənqid edir. Öpürəm hər kəsi. O dünyada əridib yandıracaqlar. Bu dünyada kef başqadır. Yoza bilərsiz. Niyə görəsən insanlar bir-birilərinə qarşı kin bəsləyirlər. Hər şeydə bir gözəllik yox, pislik axtarmağa çalışırlar. Biz öz səhvlərimizdən və keçmişimizdən nə qədər qaçsaq da, o, bizim alın yazısı kimi yaşadıqlarımızdır. “İt hürər karvan keçər”. Bir sözlə, Allah hər kəsə ürəyinə görə versin".
Qeyd edək ki, Azər və Vüsalə cütlüyü 2013-cü ildə ayrılıb. Onlar qalmaqallı şəkildə boşanmışdılar. Cütlüyün Dilək adlı bir qız övladı var. Azər 2016-cı ildə ikinci dəfə ailə qurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB