Zaur Nəbioğlu evlənir

Aparıcı Zaur Nəbioğlu evlənir. SİA-nın məlumatına görə, aparıcının toyu aprelin 24-də baş tutacaq. Şəhər restoranlarından birində keçiriləcək toya şou-biznes nümayəndələri də dəvət olunacaq.

Qeyd edək ki, hazırda Lider TV-də “7 gün” verilişinə aparıcılıq edən Zaurun ailə qurmağa hazırlaşdığı xanımın qohumu olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə