Azərbaycan nümayəndələri İstanbulda “İlin adamı” mükafatına layiq görülüblər FOTOLAR
İstanbulun “Wow İstanbul otelində "İpekyolu Yılın Altın Adamları" beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib. SİA-nın Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, mükafat TÜRKSOY və “İpekyolu” strateji araşdırmalar mərkəzi tərəfindən təsis edilib.
“İpekyolu” mərkəzinin rəhbəri Seyfulla Türksoy mərasimin açılışında qonaqları salamlayraq bildirib ki, mükafat türk dünyasında ictimai-siyasi həyat, mədəniyyət, elm, biznesi və KİV-in inkişafına göstərilən töhfəyə görə 14-cü dəfə təqdim edilir. Mərasimin aparıcıları Neslihan Maltepe (Türkiyə) və Lətafət Ələkbərova (Azərbaycan) olublar. Qonaqlara tanınmış dizayner Gülnarə Xəlilovanın Azərbaycan milli geyimlərindən ibarət dəfiləsi nümayiş etdirilib.
Mərasimdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Rumıniya, Bosniya və Herseqovina, Gürcüstan, Niderland və digər ölkələrin nümayəndələri iştirak ediblər. Onlara müxtəlif nominasiyalarda "İpekyolu Yılın Altın Adamları" mükafatları verilib.
Azərbaycan nümayəndələri arasında Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov ''Diplomasi Onur Ödülü'' nominasiyasında, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova 'Türk Dünyasında Yılın Modacısı'' nominasiyasında, teleaparıcı Lətafət Ələkbərova “Program Sunumu Özel Ödülü'” nominasiyasında, Aynur Quliyeva isə ''Turizm Sektörü Özel Teşvik Ödülü'' nominasiyasında mükafata layiq görülüblər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB