Natavan: "Ata, kişilər məni təkləyib, kömək ol"

Natavan: "Ata, kişilər məni təkləyib, kömək ol"

Müğənni Natavan Həbibi atasızlıqdan danışıb. SİA-nın məlumatına görə, ifaçı anasının sevgisinə möhtac olduğunu dilə gətirib: "Ata sevgisi başqadır. Hər uşaq həm ata, həm ana sevgisinə möhtacdır. Anamla böyümüşəm. Bizə böyük qayğı göstərib. Deyə bilərəm, atasızlığı bizə hiss etdirmədi. Amma yox, ata başqadır. Şükür ki, yanımda anam var. Amma elə məqamlar olub ki, kimləsə qarşı-qarşıya qalanda atam olmadı, deyə bilmədim ki, ata, onlar məni təkləyib, kömək ol. Bu insanlar kişilər olub. Həyat yoldaşı ilə nə qədər problemi olsa da, heç bir kişinin övladını atmağa haqqı yoxdur. Ata-qız mövzusu mənə çox təsir edir. Ürəyimdə hər zaman atamı sevmişəm. O mənim atamdır".

Bütün xəbərlər Facebook səhifəmizdə