Tatlısəsin oğlu sevgilisi ilə dalaşdı, xəstəxanalıq oldu

Tatlısəsin oğlu sevgilisi ilə dalaşdı, xəstəxanalıq oldu

İbrahim Tatlısəs ilə Derya Tunanın oğlu İdo Tatlıses ötən gün sevgilisi Yasemin Şevkatli ilə görüntülənib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük avtomobildə mübahisə edib. Daha sonra hirslərinə hakim ola bilməyən İdo avtomobilin pəncərəsinə yumruq vurub. Əli yaralanan Tatlısəsi dərhal xəstəxanaya aparıblar.
Qeyd edək ki, İdo ilə Yasemin ötən ilin avqustundan birlikdədir. Son müsahibəsində Tatlıses sevgilisi ilə yaxşı yola getdiyini və xoşbəxt olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə