Əməkdar artist Nüşabə Ələsgərlinin verilişlərin birində halı pisləşib. SİA-nın məlumatına görə, müğənni əvvəlcə boğulduğunu deyərək, su istəyib. Daha sonra isə studiyadan çıxan ifaçıya dərman verilib. Bir az keçdikdən sonra geri qayıdan Ələsgərli tez-tez belə hallara düşdüyünü bildirib: “Anamın ölümündən sonra tez-tez belə oluram. Deyirəm, bəlkə mən də bacım kimi xərçəng xəstəsiyəm. Boğuluram, su da içə bilmirəm”.
Az keçmədən müğənninin halı yenidən pisləşib və təcili yardım çağrılıb. Həyat yoldaşı Rza bəy də xəbəri eşidib telekanala gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB