İki tanınmış teleaparıcını sevgi münasibətləri birləşdirir? -FOTO
Space TV-də yayımlanan "Popstar" gənc ifaçıların mahnı müsabiqəsi sona çatsa da verilişin iki tanınmış aparıcısı - Lətafət Ələkbərova ilə əməkdar artist, Azərbaycan Dövlər Musiqili Komediya Teatrının aktyoru Əkbər Əlizadə haqında gəzən söz-söhbətlər davam edir. Onlar çəkilişlər zamanı bir neçə dəfə fotokameramızın obyektivi qarşısında çox isti münasibətlərini əks etdirən pozalar verirdilər. İstər müsabiqənin canlı yayımında, istərsə də reklam fasilələrində cütlük çox mehriban olduqlarını nümayiş etdirməkdən çəkinmirdilər. Bəs görəsən Lətafət və Əkbər arasında nə yaşanır? Yoxsa, həqiqətənmi bu iki tanınmış sima, həm də gizli sevgi yaşayan Leyli və Məcnundur? Sualı eşidən kimi çöhrəsinə gülüş qonan Lətafət SIA-ya açıqlamasında inandırmağa çalışdı ki, şübhələrimiz əsassızdır: "Nə danışırsız, mən və Əkbər sevgili? Həm sizə, həm də oxucularınıza demək istəyirəm ki, Əkbərlə düz beş ildir ki, dostuq. "Azəri Star" müsabiqəsində aparıcı olduğumuz vaxtlardan münasibətlərimiz yaranıb və indi də iki mehriban dostuq. Onu da deyim ki, hər ikimiz evliyik və oğul-uşaq sahibiyik. Əkbərin çox mehriban həyat yoldaşı var. Onunla da münasibətlərimiz var. Sözümün canı ondadır ki, kimsə bizim dotluğumuzdan sevgili obrazı yaratmasın".
Əkbərlə birlikdə təşkil olunan tədbirlərə, toy məclislərinə aparıcı kimi getdiyini önəçəkən Lətafət, birlikdə qurduqları karyeralarını gün keçdikcə daha da inkişaf etdirdiklərini söylədi: "Çoxları bizə həsəd aparıb deyir ki, səhnədə çox sərbəstsiz. Yadıma gəlmir ki, nə vaxtsa hansısa çıxılmaz vəziyyətə düşək və onu həll etmək yolunda büdrəyək. İşarədən başa düşürük bir-birimizi. Əkbər peşəkar aktyordur. O, səhnədə olduğumuz vaxtda baş verən problemi elə ustalıqla dəf edir ki, özüm onun peşəkarlığına heyran oluram. İnşallah ki, dostluğumuz daimi olar və onunla seçdiyimiz mürəkkəb aparıcılıq peşəsində birgə addımlayarıq"- deyə Lətafət əlavə etdi.
Söhbətin nədən getdiyini bilən Əkbər də öz növbəsində gülüşünü gizlədə bilmədi və "hər şeyi Lətafət açıqladı, mən nə deyim?" sualını ünvanlayıb, sağollaşıb, tələsik studiyanı tərk elədi.
Qeyd edək ki, aparıcılar bu yaxınlar müğənnilik peşəsini də birlikdə dadmağa başladılar. Həmkarlar gözəl bir duet ərsəyə gətirərək artıq bir neçə dəfə ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB