Nigar Camalla Samir Piriyev üz-üzə gəldi QALMAQAL

Nigar Camalla Samir Piriyev üz-üzə gəldi QALMAQAL

Şou-biznesdə növbəti qalmaqal alovlanıb. SİA-nın məlumatına görə, müğənnilər Nigar Camalla Samir Piriyev arasında söz-söhbət yaranıb. Belə ki, Nigarın verilişlərin birində "Samir Priyevi tanımıram" sözlərini deməsi qarşı tərəfi özündən çıxarıb.

Piriyev sosial şəbəkədə sənətçiyə sərt cavab verib: "Azərbaycanda müğənnilik edəsən və yetərincə tanınan sənətçini tanımayasan? Yaxşı ki, bir dənə Avroviziya oldu. Eldarın yanında (Eldar Qasımov – red.) əlində bayraq qaçdı və tanındı. Yoxsa bu xanım necə məşhur olardı?

Məni Aygün Kazımova tanıyır - Azərbaycanın divası, bir nömrəli ulduzu... Nigar Camal tanımasa da olar”.

Bütün xəbərlər Facebook səhifəmizdə