Musiqiçi, yumor ustası, teatr aktyoru Ümit Çelik 58 yaşında dünyasını dəyişib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor 80 yaşlı anasının ölümündən 6 saat sonra vəfat edib. Ümit Çelik 15 gün əvvəl infarkt keçirdiyindən özəl xəstəxanaların birində müalicə olunurdu. Müalicəsi davam edən sənətçi xərçəngdən dünyasını dəyişən anası Nəzirə Çəlikin ölümündən xəbərsiz olub.
Ancaq anasının ölümündən 6 saat sonra Çelikin səhhəti qəfil pisləşib və həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB