Türkiyənin məşhur ulduzları Bakıda konsert verdi FOTOLAR

Türkiyənin məşhur ulduzları Bakıda konsert verdi FOTOLAR

Türkiyəli müğənnilər İlyas Yalçıntaş və Aynur Aydın paytaxtımızın qonağı olublar. SİA-nın məlumatına görə, ifaçılar konsert vermək üçün Bakıya gəliblər. İlyas öncə media nümayəndələri ilə görüşərək, onların sualları cavablandırıb.

Yalçıntaş Bakı ilə bağlı təəssüratlarını bölüşüb: "Bakıya ilk səfərim deyil. Bakıda evim olmasını istəyərəm. Gözəl şəhərdir, insanları da mehribandır".

İlyas Yalçıntaş konsertində ilk olaraq “İçimdeki duman” mahnısını səsləndirib. O, gecəboyu reopertuarındakı mahnıları oxuyub və sevənləri ilə söhbət edib.

Müğənni onu dinləməyə gələnlərə 2 Aprel qələbəsini xatırladaraq, saat 12 olmamış konsertin bitəcəyini söyləyib.

Yalçıntaşdan sonra səhnəyə Aynur Aydın çıxıb.

Konsertdən olan fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə