Əməkdar artist: "Mən heç kimin evini dağıtmamışam" VİDEO

Əməkdar artist: "Mən heç kimin evini dağıtmamışam" VİDEO

Əməkdar artist Naibə Allahverdiyeva verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, aktrisa onun haqqında danışılan söz-söhbətə son qoyub: "Qoy məni öldürsünlər, amma bu cür yazıb o ləkəni yaxmasınlar. Kim də yazırsa, onu Allaha tapşırıram. Guya, kiminsə ailəsini dağıtmışam. Bu, mənim üçün çox böyük ləkədir. Ola bilsin ki, bu bəzi insanlar üçün fərq etmir. Özümün ailəm dağılıb, mən uşaq ikən atam anamla ayrılıb. Bunların hamısını yaşamışam. Hələ həyat yoldaşımın ayrılıq kağızını görə-görə kəndə gedib qayınanamdan soruşdum ki, sənin oğlun doğrudan ayrılıb? Qayınanam mənə dedi ki, qızım, bunlar 10 ildir ayrılıb, oğlum subaydır. Ondan sonra ailə qurdum. Həyat yoldaşımın birinci arvadı açıqlamalar verir. Onun dedikləri yalandır. Ortada ev məsələsi var. Qayınatamın bir evi var idi, ondan xəbərsiz sökülüb. Həmin qadın da sökülən evdə qalırdı. Qayınatamın özünün evi yoxdur, həmin qadına verib. Qadın mənə deyir ki, kömək etməsən, səni biabır edəcəm. Məni şantaj edir ki, hər yerə yayacam ailəmi dağıtmısan".

Bütün xəbərlər Facebook səhifəmizdə