Aysel Məmmədova məşhurlarla eyni səhnədə olacaq FOTO

Aysel Məmmədova məşhurlarla eyni səhnədə olacaq FOTO

Ölkəmizi "Eurovision 2018"də təmsil edəcək Aysel Məmmədovanın (Aisel) müsabiqə hazırlıqları davam edir.

SİA-nın məlumatına görə, "X my heart" mahnısı ilə Portuqaliyada keçiriləcək müsabiqədə səhnəyə çıxacaq müğənni səhnə şousu hazırlayır. Aiselin səhnə şousu üzərində Dimitris Kontopoulos ("Eurovision 2016" tamaşaçı səsverməsinin qalibi), müsabiqənin qalibi bəstəkar Sandra Bjurman, kreativ-direktor Fokas Evaggelinos və Aleks Panaginin daxil olduğu "Dream Team" komandası çalışır.

Fokas Evaggelinos üzərində işlədiyi səhnə performansında Aiseli səhnədə 4 portuqaliyalı peşəkar ifaçı müşayiət edəcək: Rui Andrade, Salome Caldeira, Hugo Baptista və Sandra D’Andreade. Əlavə olaraq səhnə arxasında tanınmış yunan ifaçısı Stefania Rizou Aiselin bek-vokalçısı kimi Azərbaycan komandasında yer alıb.

Qeyd edək ki, yarımfinallar müvafiq olaraq 8 və 10 may, final isə mayın 12-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə