Qalmaqallarda adı hallanan rəqqasə Fatimə Fətəliyeva haqqında yayılan xoşagəlməz xəbərlərə cavab verib. SİA-nın məlumatına görə, rəqqasə heç kimə paxıllıq etmədiyini də xüsusi ilə diqqətə çatdırıb: "Məni tanıyanlar bilir ki, bu yaşa qədər heç kəsin pisliyini istəməmişəm, heç kimin də paxıllığını çəkməmişəm. Bu dünyada heç kim var-dövləti aparmayacaq. Çalışın bu dünyada yaxşılıq edin ki, arxanızca rəhmət oxusunlar. Ruzunu da verən Allahdır. Şükür bu günümə, zəhmətimlə hörmət qazanmışam. Amma nəyə görəsə son günlər məni insanların gözündə alçaltmaq istəyirlər. Xalqın gözü tərəzidir, bilirlər kim kimdir. Allah hər kəsin ürəyinə görə versin".
Qeyd edək ki, R.Baxışova xına evi açdıqdan sonra Fatimənin onunla soyuq davrandığını bildirib. Bundan əvvəl isə Fatimə ilə Xatun arasında xına evi üstündə qalmaqal yaşanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB