Xalq artisti Aygün Kazımova küsülü olduğu həmkarlarına qarşı jest edib. SİA-nın məlumatına görə, ifaçı "İnstagram" səhifəsində müzakirələrə səbəb olacaq paylaşım edib. O, müəllimi, bəstəkar Vaqif Gərayzadəni ad günü münasibətilə təbrik edən müğənni maraqlı video yayımlayıb. O, görüntüyə "Doğum gününüz mübarək, Vaqif Gərayzadə. "Ey mənim dünyam"... Yaxşı ki, varsınız, yaxşı ki varıq..." sözlərini yazıb.
2002-ci ildə Heydər Əliyev Sarayında keçirilən “Gələrsiz-görərsiz” konsertindən olan videoda Kazımovanın küsülü olduğu bir çox məşhurlar yer alıb. Belə ki, videoda əməkdar artist Tünzalə Ağayeva, Röya Ayxan, müğənnilər Samir Bağırov, Natavan Həbibi, Elnarə Xəlilova və aparıcı Kamran Həsənli Kazımova ilə birlikdə mahnı oxuyur.
A.Kazımova ilə N.Həbibi bu yaxınlarda uzun müddət davam edən küsülülüyə son qoyub. Amma Tünzalə və Röya ilə Kazımova arasında olan küsülülük hələ də davam edir. K.Həsənliylə Aygün də uzun müddət əvvəl dava etmişdi. Buna baxmayaraq A.Kazımova küsülü olduğu ifaçıların və aparıcını paylaşımında işarələyib. Onun təbrikinə N.Həbibi və E.Xəlilova şərh yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB