Xatirə ikinci dəfə ana olmaq istəyir

Xatirə ikinci dəfə ana olmaq istəyir

Müğənni Xatirə İslam ikinci dəfə ana olmaq istəyir. SİA-nın məlumatına görə, sənətçi bu haqda "Bizimləsən" verilişində deyib.

Sənətçi son vaxtlar çox kökəldiyini deyib. Xatirə bildirib ki, hələ arıqlamaq haqda düşünmür:

“Arıqlamaq istəyirəm. Amma hər kəsdən üzr istəyirəm. Hələ belə bir şey yoxdur. İkinci dəfə ana olmaq istəyirəm. Ondan sonra çəki atacam. Mən yeyib-içən adamam. Ona görə kökəlirəm”.

Qeyd edək ki, Xatirə Fəxrəddin Musazadə ilə ailəlidir. Cütlüyün Emil adlı bir oğul övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə