Müğənni Damla yaradıcılığında yenilik edəcək. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: “Aylardır hazırlaşdığımız layihəni reallaşdıra bildik. Belə ki, yeni mahnıya klip çəkdirirəm. Bu klip üçün komandamla birgə çox əziyyətlərdən keçdik. Soyuq, yağış, küləkli hava demədən hər gün var gücümüzlə ürəklə və inadla çalışdıq. Həvəsdən düşmədik. Klipin çəkilişləri zamanı xəsarət almışam, əllərim yaralanıb. Amma klipimə görə dəyər. Ekran işinin çəkilişindən zövq aldım. Klipi rejissor Cavid lentə aldı. Ekran işi bir ay müddətinə tam hazır olacaq. Klipin hazırlıq işləri yekunlaşdıqdan sonra tamaşaçıların ixtiyarına veriləcək. Onu da deyim ki, yeni mahnım və ona çəkilən klipim yaradıcılığımın ən sevimli işlərindəndir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB